Azarkeşlər daha “Turan”a inanmır - AÇIQLAMA VERİLDİ

6 Dekabr 23:40 Turan 109
Azarkeşlər daha “Turan”a inanmır - AÇIQLAMA VERİLDİ

«Turan Tovuz»a maraq getdikcə azalmaqdadır.

Komandanın doğma rayondan uzaq düşməsi, baxımlı futbol nümayiş etdirməməsi və daxili ab-havanın pis olmasına dair yayılan xəbərlər yerli azarkeşlərə də mənfi təsir göstərməkdədir.

Biz bunu Premyer Liqanın 13-cü tur matçında da gördük. Vacib oyun, rəqibin də "Neftçi" olmasına baxmayaraq, tribunalar tam dolmamışdı.

Arenaya bu dəfə 4000 nəfərdən bir qədər artıq tərəfdar təşrif buyurmuşdu. «Turan» yenə zəif təsir bağışladı, qonaqlara qalib gəlməyi bacarmadı.

Birinci hissənin gedişində Alexandro Serranonun əvəzinə meydana ayaq basan Xəyal Nəcəfovu dinləyək:

«Stadionun tam dolmaması bizə təsir etmədi. Digər tərəfdən, iş günü idi.

Buna rəğmən yenə kifayət qədər azarkeş var idi. Hər birinə təşəkkür edirəm.

Ümid edirəm ki, növbəti ev oyunları zamanı stadionda boş yer qalmaz».

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
6 Dekabr 18:10 Çək və bizə göndər!
6 Dekabr 02:00 "İmişli" 3000 ziyanda