“Millinin baş məşqçisinin nə deməsi məni narahat etmir”

01:10 Turan 72
“Millinin baş məşqçisinin nə deməsi məni narahat etmir”

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev Azərbaycan kubokunun 1/8 final mərhələsində "Şahdağ-Qusar" üzərində 2:1 hesabı ilə qalibiyyətini şərh edib.

Sportinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis komandasının növbəti mərhələyə vəsiqə qazanması barədə bunları deyib:

- Bu, klassik kubok oyunu idi. Adətən bu matçlar gərgin keçir, bu oyun da istisna deyildi. Bəzi futbolçularımıza da oynamaq şansı verdik. Bu oyun üçün motivasiyamız çatışmırdı.

- Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov oyunçularına daha çox oyun vaxtı əldə etdikləri klublara keçməyi məsləhət görür. Buna əsaslanaraq bu gün yerli oyunçulara daha çox oyun vaxtı verdiniz?

- Azərbaycan milli komandasının baş məşqçisinin nə deməsi məni narahat etmir. Yerli oyunçulara sonradan səhvlərini təhlil etmək üçün daha çox vaxt verdik. Beləliklə, onlar çempionatda eyni səhvləri təkrarlamasınlar.

Digər Xəbərlər
Xəbər Lenti
2 Dekabr 18:10 Çək və bizə göndər!
2 Dekabr 15:00 Kasıb olanda nə olar…