Berdiyev “Turan”ı yenə “qaynatdı” - Əcaib qadağa qoydu, futbolçuları hədələdi!

14:20 Turan 117
Berdiyev “Turan”ı yenə “qaynatdı” - Əcaib qadağa qoydu, futbolçuları hədələdi!

Kurban Berdiyev «Turan Tovuz»un futbolçularında özünə qarşı yeni «narazılıq ocağı» yaradıb.

Bu barədə redaksiyamıza komandan düşərgəsindən məlumat verilib.

Bildirilib ki, baş məşqçi növbəti qadağası ilə kollektivi faktiki iki yerə parçalayıb. 73 yaşlı çalışdırıcı ehtiyat qüvvə gözüylə baxdığı oyunçulara məşqlərdə məhdudiyyət tətbiq edib.

Belə ki, «Baba» onlardan gündəlik hazırlıq prosesinin gedişində əsas heyət üzvləri ilə ikili mübarizəyə girişməmələrini tələb eləyib.

Yəni ki, məşq əsnasında bu futbolçulara toxunmaq və topa sərt müdaxilə etmək olmaz. Berdiyev göstərişindən kənara çıxanları yüksək məbləğdə cəriməylə hədələyib.

Məlumunuz olsun ki, bu, rusiyalı mütəxəssisin ilk belə gülməli «yeniliyi» deyil. Azərbaycanda ikinci mövsümünü keçirən qoca daha öncə müdafiəçilərə topu arxaya və yana ötürməyi qadağan edib.

O. arxa xətt oyunçularına «yuvarlaq meşin»i yalnız irəli vurmağı tapşırıb. Göstərişini yerinə yetirməyənləri əsas heyətdən kənarlaşdırmaqla qorxudub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
1 Dekabr 17:20 II Liqada 4:1 günü