"Mənə heç fərq etmir, amma bu gedişlə hər şey çox çətin görünür"

15 Dekabr 23:40 Turan 411
"Mənə heç fərq etmir, amma bu gedişlə hər şey çox çətin görünür"

Legionerin limitinin ləğvindən sonra əsas heyətdə yerini itirən oyunçulardan biri də "Turan Tovuz"un yarımmüdafiəçisi Xəyal Nəcəfovdur.

Təcrübəli oyunçu arxada qalan 15 turda cəmi 3 dəfə əsas heyətdə yer alıb.

Milli komandamıza da namizədlər arasında adı keçən 10 nömrə "belə davam edərsə, daha çox şans alacağın yerə gedə bilərsənmi" sualına belə reaksiya verib:

"Daha yaxşı olardı ki, Azərbaycanda yerli oyunçular oynasın. Bugünkü gündə millinin neçə üzvü klubunda oynamır.

Əvvəl əcnəbi limiti 6+5 idi. Amma indi tam aradan götürülüb. Türkiyədə belə limit var. Bizə inanıb, güvənsələr daha yaxşı olar. Həm də milli komandamıza faydalı olar.

Premyer Liqa klublarının hamısında akademiya var. Orada yetişən uşaqlar yüksək liqada oynamalıdır.

O baxımdan heç fikirləşməmişəm. Mənə heç fərq eləmir. Amma düşünürəm ki, azərbaycanlının oynaması daha yaxşı olar.

Valideynlər övladını akademiyalara ona görə aparır ki, gələcəkdə əsas komandada çıxış etsin. Bu gedişlə hər şey çox çətin görünür".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
15 Dekabr 18:50 Çək və bizə göndər!
15 Dekabr 08:30 Zamiq oynadı, uddular
15 Dekabr 02:30 Ay Can, ay Can...