Berdıyevin qərarı kimləri "Turan"dan uzaq sala bilər? - TƏHLÜKƏ BÖYÜYÜR...

28 Noyabr 2025 17:00 Turan 1 197
Berdıyevin qərarı kimləri "Turan"dan uzaq sala bilər? - TƏHLÜKƏ BÖYÜYÜR...

Qış fasiləsində "Turan Tovuz"da ayrılıq dalğası yaşana bilər.

Söhbət yerli futbolçulardan gedir.

Legioner limitinin ləğvindən sonra baş məşqçi Kurban Berdiyev daha çox əcnəbilərə güvənir.

Son oyunlarda ümumiyyətlə start heyətində azərbaycanlı yer almır.

Yaranmış vəziyyət yerli futbolçuları narahat edir.

Artıq bir neçəsi qışda klubunu dəyişmək üçün hərəkətə keçib.

Arasında yaxşı təklifləri olanlar da az deyil.

Amma əsas maneə bölgə klubu ola bilər.

Çünki bütün oyunçuların klubla anlaşması var.

Ayrılıq üçün rəhbərliyinin onlara "yaşıl işıq" yandırması mütləqdir.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti