Azərbaycan çempiontlarında 150-yə çatdı - “Turan Tovuz”

02:50 Turan 61
Azərbaycan çempiontlarında 150-yə çatdı - “Turan Tovuz”

“Turan Tovuz” Azərbaycan çempionatlarının yüksək dəstəsində 150-ci qolu vurub.

Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının 12-ci turuna təsadüf edib.

“Araz-Naxçıvan”la səfər görüşündə (1:1) fərqlənən Ayxan Hüseynov yubiley qolunun müəllifi olub. Tovuz təmsilçisi 150-ci qolu 120-ci matçda vurub. Qərb klubu evdə 83, səfərdə 67 dəfə fərqlənib.

Debütü 2022/23 mövsümünə təsadüf edən “Turan Tovuz”un ilk qolunu 2022-ci il avqustun 13-də “Səbail”lə səfər qarşılaşmasında (1:0) Natan Oduva vurub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Noyabr 08:50 Bu liqada TƏYİNATLAR
24 Noyabr 02:40 "Hədəflərim böyükdür"