"Neftçi" ilə oyunda belə şeylər bizim üçün əlavə motivasiyadır"

24 Noyabr 23:00 Turan 166
"Neftçi" ilə oyunda belə şeylər bizim üçün əlavə motivasiyadır"

Premyer Liqanın 13-cü turunun maraqlı görüşlərindən biri Tovuzda baş tutacaq.

Çempionluğa iddialı "Turan Tovuz" doğma meydanda "Neftçi"ni qonaq edəcək.

Son iki görüşdə qələbə qazana bilməyən bölgə klubu budəfəki matçda istəyinə çatmağa çalışacaq.

Bu barədə Sportinfo.az-a açıqlamasında komandanın kapitanı Faiq Hacıyev danışıb:

"Neftçi"yə qarşı oyunlar hər zaman gərgin olur. Tovuzlu azarkeşlərin gözlədiyi bir oyundur. Evdəki matçda əlimizdən gələn hər şeyi edəcəyik ki, qələbə qazanaq".

Birinci dövrədə məhz Hacıyevlə "ağ qaralar"ın müdafiəçisi İqor Ribeyro arasındakı gərginlik həlledici olmuşdu. Braziliyalı legionerin qırmızı vərəqə alması geniş müzakirələrə yol açmışdı. Hacıyev təkra həmin hadisəni xatırlayıb:

"Futbolda belə hallar olur. Məncə, unutmaq lazımdır. Düzdü, belə şeylər bizim üçün əlavə motivasiyadır. Amma meydana ayaq basanda hiss etdirməməliyik. Öz oyunumuzu oynayıb, qələbə qazanmalıyıq".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
24 Noyabr 18:10 Çək və bizə göndər!
24 Noyabr 08:50 Bu liqada TƏYİNATLAR
24 Noyabr 02:40 "Hədəflərim böyükdür"