«Turan Tovuz»un baş məşqçisi Kurban Berdiyev yavaş-yavaş qış tədarükünə hazırlaşır.
Ötən mövsümdən burada çalışan rusiyalı mütəxəssis «qara siyahı» üzərində düşünməyə başlayıb.
«Baba» ləqəbli sükançı yeni ildən sonra düşərgədə qalmasını istəmədiyi oyunçuların adlarını artıq bir-bir müəyyənləşdirir.
Onların arasında Abdulla Rzayev də yer alıb. Yayda «Sabah»dan birillik icarəyə götürülmüş müdafiəçi 73 yaşlı çalışdırıcının etimadını doğrulda bilməyib.
Tovuza getməsi ilə «bayquşlar»a 20 min manat qazandıran 23 yaşlı arxa xətt oyunçusu «Turan»da əsas heyət üzünə həsrətdir.
Berdiyevin çox vaxt ehtiyat skamyadan qalxmasına imkan vermədiyi Rzayev, çox böyük ehtimalla, dekabrın sonunda buradan birdəfəlik ayrılacaq - icarə müqaviləsini qarşılıqlı razılıq əsasında pozaraq.
SPORTİNFO.AZ

