«Turan Tovuz»un baş məşqçisi Kurban Berdiyev İdarə Heyətinin sədri Ehtiram Quliyevin istəyini rədd edib.
Rusiyalı çalışdırıcı klubun rəhbərinin təklifinə qarşı çıxıb.
Rəhbər şəxs Kamal Bayramovu əsas komandanın məşqçilər korpusunda görmək niyyətində olsa da, «Baba» ləqəbli çalışdırıcı buna qarşı çıxıb.
73 yaşlı sükançı «nə qədər ki mən buradayam, o, burada işləməyəcək» cavabı verib.
Bayramov müxtəlif vaxtlarda Tovuz təmsilçisinin formasını geyinib. Bu yay qapıçı karyerasını «Şamaxı»da başa vurandan sonra «Turan»a məşqçi kimi dönmək arzusunda olub.
Quliyevlə bu məqsədlə görüşüb, öz fikrini bildirib, razılığını alıb. Gəl ki, klubdakı bəzi funksionerlər sədrin başı üzərindən hərəkətlər edərək, Bayramov barədə Berdiyevə neqativ inforrmasiyalar ötürüblər.
Yoxsa «Baba» həyatda bir dəfə üz-üzə gəlmədiyi, 1 dəqiqə söhbət eləmədiyi şəxs haqda niyə elə sözlər söyləsin ki?
Bu təyinatın gerçəkləşməməsi o deməkdir ki, «Turan Tovuz»da Ehtiram Quliyevin hansısa fikri əsas götürülmür, keçərli deyil.
Başqa sözlə, burada dəvədən böyük fil var - Kurban Berdiyev. Hökm onun hökmüdür.
SPORTİNFO.AZ

