"Turan Tovuz"un yayda böyük ümidlərlə heyətinə qatdığı legionerlərdən biri də İbrahima Vadji oldu.
"Qarabağ"da parlayan "Sent Etyen"də uğursuz dönəm yaşayan 30 yaşlı forvard ilk vaxtlar zədədən əziyyət çəkirdi.
Hətta bir müddət məşqlərdən kənarda qaldı.
Amma mövsümün ilk turuna kimi hazır ola bildi və son 25 dəqiqədə meydanda oldu.
"Araz-Naxçıvan"la ikinci turda isə start heyətində yer aldı.
Ümid etmək olardı ki, tədricən qolları da sıralayacaq.
Sən saydığını say, gör Vadji nə sayır.
Artıq bu minvalla 11 tur geridə qalıb, lakin seneqallıdan qol səsi çıxmayıb.
Nəinki qol, meydanda olduğu 10 matçda heç adına məhsuldar ötürmə belə yazdıra bilməyib.
Ehtiyat skamiyanın daimi sakininə çevrilən 30 yaşlı legionerə Berdiyevin də ümidləri azalmaqdadır.
İndi məlum olur ki, daha öncə özünü təklif etdiyi "Qarabağ" niyə ona yaxın durmayıb...
XANOĞLAN / SPORTİNFO.AZ

