Kurban Berdiyevin millidən uzaq saldığı adlar - SİYAHI

19:40 Turan 384
Kurban Berdiyevin millidən uzaq saldığı adlar - SİYAHI

"Turan Tovuz"dan niyə milliyə dəvət alan futbolçu yoxdur?

Bu sual İslandiya millisi ilə oyun öncəsi Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasova ünvanlanıb.

Həqiqətən, uzun müddət turnir cədvəlində lider olan, hazırda ikinci sırada yer alan klubdan milliyə 1 oyunçunun belə dəvət almaması ciddi narahatlıq yaradır.

Əslində zamanında yığmada oynamış, indi də oynamağa layiq adlar var.

Şəhriyar Əliyev, Xəyal Nəcəfov, Ayxan Quseynov, Faiq Hacıyev və.s.

Amma bu adların milliyə qayıtması üçün öncə meydanlara qayıtması vacibdir.

Yalnız Faiq davamlı oyun şansı alırdı.

Kurban Berdiyev son 2 turda birmənalı olaraq heyəti əcnəbilərdən qurur.

Günün ehtiyatda keçirənlər isə təbii olaraq forma yığmaq yox, olub-qalanını da itirməklə məşğul olacaq.

Belədə tovuzlu futbolçular üçün millinin qapıları yaxın perspektivdə açıq görünmür.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti