“Asadov Pro Bridge” təşkil etdi, xarici menecerlər “Turan Tovuz”a baş çəkdi - VİDEO+FOTO

17:20 Turan 303
“Asadov Pro Bridge” təşkil etdi, xarici menecerlər “Turan Tovuz”a baş çəkdi - VİDEO+FOTO

Asadov Pro Bridge Futbol Agentliyinin 4–7 noyabr tarixlərində təşkil etdiyi səfər proqramı çərçivəsində Portuqaliya, Albaniya, İsveçrə, Türkiyə, Koreya, Yaponiya, İngiltərə, Serbiya və Polşadan olan 11 beynəlxalq FIFA lisenziyalı futbol agenti Azərbaycan klubları ilə tanışlığını davam etdirib.

Sportinfo.az xəbər verir ki, aəfərin əsas məqsədi ölkənin futbol mühitini yaxından tanıtmaq, liqa strukturu və inkişaf istiqamətləri barədə ətraflı məlumat təqdim etmək, həmçinin beynəlxalq əməkdaşlıq potensialını qiymətləndirmək olub.

Bu çərçivədə nümayəndə heyəti "Turan Tovuz"ilə görüş keçirib.

Klubun İdman Direktoru Səməd bəy nümayəndə heyətini qəbul edərək klubun ümumi fəaliyyəti, inkişaf strategiyası, qısa və uzunmüddətli hədəfləri barədə geniş məlumat verib.

Görüş zamanı tərəflər arasında qarşılıqlı əməkdaşlıq perspektivləri, gənclər futbolu və transfer bazarı ilə bağlı fikir mübadiləsi aparılıb.

Bundan əlavə, beynəlxalq agentlər klubun baş məşqçisi Qurban Berdiýev ilə qısa, lakin səmimi və qarşılıqlı maraq doğuran ayaqüstü söhbətlər həyata keçiriblər.

Bu söhbətlər zamanı komandanın hazırkı vəziyyəti, oyun modelləri və gələcək planları barədə fikir paylaşımı olub.

Nümayəndə heyəti həmçinin "Turan Tovuz"un Kürdəxanıdakı yeni bazasını ziyarət edib. Onlara tikinti mərhələsində olan yeni məşq meydançaları, planlaşdırılan otel kompleksi və klub üçün nəzərdə tutulan digər infrastruktur layihələri haqqında təqdimat göstərilib.

Bu yeni kompleksin həm əsas komanda, həm də akademiya üçün yaradacağı şərait beynəlxalq agentlər tərəfindən yüksək qiymətləndirilib.

Asadov Pro Bridge futbol agentliyi olaraq məqsədimiz Azərbaycan futbolunu beynəlxalq səviyyədə tanıtmaq, klublarımızı qlobal futbol şəbəkəsinə inteqrasiya etmək və geniş əməkdaşlıq fürsətləri yaratmaqdır.

FIFA lisenziyalı agentlik kimi biz futbolçulara, məşqçilərə və klublara peşəkar təmsilçilik, transfer menecmenti, karyera planlaması, hüquqi dəstək və PR xidmətləri təqdim edirik.

Asadov Pro Bridge qısa müddətdə bir çox ölkədə həyata keçirdiyi uğurlu transferlərlə beynəlxalq etibarlı tərəfdaş imicini möhkəmləndirmişdir.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti