“Xeyr, belə bir şey olmayacaq, o, başqa cür oynaya bilmir”

21:10 Turan 156
“Xeyr, belə bir şey olmayacaq, o, başqa cür oynaya bilmir”

Sportinfo.az xəbər verir ki, Premyer Liqanın 11-ci turunun "Zirə" - "Turan Tovuz" (0:0) matçından sonra qonaqların baş məşqçisi Kurban Berdiyev sualların cavablandırıb.

- Bütün komanda adından Zəfər Günü ilə əlaqədar Azərbaycan xalqını təbrik edirəm. Oyun təxmin etdiyimiz kimi çətin oldu. Qırmızı vərəqədən sonra daha da çətin idi. Futbolçularıma təşəkkür eidrəm ki, xarakter göstərdilər. İmkan daxilində əks-hücumlar yaratdılar, kifayət qədər də təhlükəli olurdu.

- Olabe qırmızı vərəqə aldığına görə cəzalanacaq?

- Xeyr, belə bir şey olmayacaq. Başqa cür oynaya bilmir. Döyüşkən xarakteri var, hamımızın bundan xoşu gəlir. Amma ona bildirmişdim ki, ehtiyatlı ol, sarı vərəqən var.

- "Turan Tovuz"un bu mövsüm ilk heç-heçəsi idi. Aktivinizə bir xal yazdınız, yoxsa iki xal itirdiniz?

- Qırmızı vərəqədən sonra bu xal yaxşıdır.

- Sizcə, Əliyar Ağayev ilk hissədə qırmızı vərəqə qərarını dəyişməklə doğru etdi?

- Mühakimə etmək çətindir. Bilmirəm baş hakim qərarını niyə dəyişdi.

Digər Xəbərlər
Xəbər Lenti