“Turan Tovuz”da Kurban Berdiyevin qarşısında dayanan tapşırıq məlumdur - onun komandası çempionluq uğrunda mübarizə aparmalıdır”.
Bu sözlər futbol eksperti Emin Abbasova məxsusdur.
O, ATV kanalında yayımlanan ”Futbolumuz” verlişində ”Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyevin fikirlərinə münasibət bildirib.
Tanınmış teleşərhçi deyib ki, rusiyalı çalışdırıcını yalnız nəticə maraqlandırır.
73 yaşlı mütəxəssisin yerli və legioner futbolçular arasında fərq qoymamasını doğru sayan Abbasovun fikrincə, klubların başlıca məqsədi milliyə oyunçu yetişdirmək olmamalıdır.
Abbasov xatırladıb ki, legioner limitinin qüvvədə qaldığı mövsümlərdə bir çox yerli futbolçu bundan istifadə eləməyib, öz üzərində çalışmayıb, amma meydana çıxmaq fürsəti qazanıb.
Ekspert rəqabəti inkişafın yeganə vasitəsi sayıb, vurğulayıb ki, kim öz komandasına fayda verəcəksə, o da formanı geyinməlidir.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

