«Turan Tovuz»da növbəti ayrılıq gözlənilir.
Ehtiram Quliyevin yaxın adamlarından daha biri klubu tərk edə bilər.
2023-cü ildən burada idman direktoru postunu tutan Səməd Nəsibovun iş yerini dəyişmək istəməsi barədə redaksiyamıza son dəqiqə məlumatı daxil olub.
Saytımızın əldə etdiyi informasiyaya görə, o, Tovuz təmsilçisindəki ümumi durumdan narazıdır və getmək fikrində olmasını İdarə Heyətinin sədrinə çatdırıb.
Daha öncə Əli Balakişiyev «Turan Tovuz»la vidalaşıb. Sədrin müavini və maliyyə üzrə direktor vəzifəsini daşımış funksioner 2 ay qabaq rayon klubundan uzaqlaşıb.
Ə.Balakişiyev E.Quliyevin qaynı olduğundan, onun ayrılması heç də birmənalı qarşılanmadı.
Səməd Nəsibov isə sədrin qohumu deyil. Onlar Türkiyədə birgə ali təhsil alıblar, tələbə yoldaşıdırlar.
İdman direktorunun «Turan»dan uzaqlaşmaq barədə götür-qoy etməsi onu deməyə əsas verir ki, Ehtiram Quliyev çətin və ziddiyyətli rəhbərdir.
Yəni, o, kənardan göründüyü kimi deyil. Yoxsa yaxın adamları niyə onu bir-bir tərk eləsin ki..?
SPORTİNFO.AZ

