Azərbaycanda da belə qol vurularmış... VİDEO

2 Noyabr 22:30 Turan 322
Azərbaycanda da belə qol vurularmış... VİDEO

"Turan Tovuz" Premyer Liqada növbəti qələbəsini qazanıb.

Sportinfo.az xəbər verir ki, bölgə təmsilçisi X turda "Şamaxı" ilə üz-üzə gəlib.

Tovuz şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin qalibiyyəti ilə bitib.

Komandanın qollarını 45+2-ci dəqiqədə Roberto Olabe, 49-cu dəqiqədə Joarlem Santos vurub.

Qonaqlardan 45-ci dəqiqədə Rikardo Apolinario penaltidən fərqlənib.

Bu nəticədən sonra xallarının sayını 21-ə çatdıran "Turan Tovuz" birinci pillədə qərarlaşıb. "Şamaxı" 10 xalla doqquzuncu sıradadır.

“Turan Tovuz” - “Şamaxı” 2:1

Qollar: Roberto Olabe, 45+2; Joarlem Santos, 49 // Rikardo Apolinario, 45 (p.)
Tovuz şəhər stadionu, 5800 tamaşaçı
Baş hakim: Cavid Cəlilov
Baş hakimin köməkçiləri: Kamran Bayramov, Müslüm Əliyev
Dördüncü hakim: İslam Məmmədov
VAR: Kamal Umudlu
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Sarı vərəqələr: Alexandro Serrano, 45 (qeyri-idman hərəkəti); Ayxan Hüseynov, 90 (qeyri-idman hərəkəti); Oleq Baklov, 90+5 (oyunun bərpasının ləngidilməsi) // Alfons Msanqa, 90+1 (qeyri-idman hərəkəti)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Ruslan Abışov ( “Turan Tovuz” ), 32 (hakimin qərarına etiraz)
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 5 dəq.

“Turan Tovuz”
1. Oleq Baklov
29. Filip Ozobiç
(17. Rəhim Sadıxov, 82)
5. Roderik Miller
3. Enrike Silva
(88. Faiq Hacıyev, 89)
23. Alexandro Serrano
90. Joarlem Santos
(11. Ayxan Hüseynov, 82)
15. Emmanuel Hakman (k)
32. Hayderson Hurtado
7. Xorxe Silva
19. Roberto Olabe
21. Aleks Souza
(99. Vadji İbrahima, 82)
Ehtiyat oyunçular:
41. Sergey Samok
13. Mehman Hacıyev
4. Şəhriyar Əliyev
10. Xəyal Nəcəfov
6. Fərid Yusifli
2. Abdulla Rzayev
77. Veysəl Rzayev
Baş məşqçi: Kurban Berdiyev

“Şamaxı”
1. Rikardo Fernandes
17. Rafael Məhərrəmli (k)
(6. Antonio Lara, 90)
97. Oruc Məmmədov
(80. Həbib İsmayılov, 71)
82. Rüfət Abbasov
9. Karim Rossi
3. Vladislav Veremeyev
(5. Arsen Ağcabəyov, 90)
13. Rikardo Apolinario
(7. Edqar Adilxanov, 90)
11. Dioqo Balau
4. Sezar Enrike
44. David Santos
8. Alfons Msanqa
Ehtiyat oyunçular:
62. Abdulla Seydəhmədov
99. Səlim Həşimov
21. Bilal İsmayılov
27. Emil Süleymanov
77. Nihat Mehralıyev
14. Ravil Qafarov
24. Sənan Muradlı
90. Davud Mənsumov
Baş məşqçi: Ayxan Abbasov

Digər Xəbərlər
Xəbər Lenti
2 Noyabr 20:00 Çək və bizə göndər!