Portuqaliya yığmasının müdafiəçisi 2 il "Turan"da - RƏSMİ

11 Sentyabr 2025 19:20 Turan 959
Portuqaliya yığmasının müdafiəçisi 2 il "Turan"da - RƏSMİ

Turan Tovuz" yeni transferini rəsmiləşdirib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi Xorxe Silvanı transfer edib. Son olaraq Sloveniya “Olimpiya”sının şərəfini qorumuş portuqaliyalı ilə 2 illik müqavilə imzalanıb.

Vətənində “Sportinq” B, “Leyşoeş” və “Pasoş Fereyra” nın formasını geyinmiş 29 yaşlı sağ cinah müdafiəçisi Portuqaliyanın U-18, U-19 və U-20 milli komandalarının üzvü olub.

Xorxe Silva son mövsümdə “Olimpiya”nın heyətində 48 oyun keçirib. O, UEFA Konfrans Liqasında 13, Sloveniya çempionatında 33, Sloveniya kubokunda isə 2 oyunda meydana çıxıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti