"Qarşıdakı görüşlərdə bunu da bacaracam" - Əcnəbi forvard VƏD VERDİ

9 Sentyabr 22:20 Turan 231
"Qarşıdakı görüşlərdə bunu da bacaracam" - Əcnəbi forvard VƏD VERDİ

"Şamaxı"nın yay fasiləsində heyətinə qaldığı Kərim Rossi Premyer Liqaya əla start verdi.

Yay təlim-məşq toplanışında özünü yaxşı tərəfdən göstərən, sınaq matçlarında qolları sıralayan 31 yaşlı legioner elə birinci turdaca "Neftçi"nin qapısına yol tapmaqla hazırlıq oyunlarındakı performansının təsadüf olmadığını göstərdi.

"Ağ qaralar"ı cərimə zərbəsindən vurduğu əla qolla məyus edən isveçirəlinin növbəti görüşlərdə də bunun ardını gətirəcəyini ehtimal etmək olardı.

Amma tam tərs mənzərə ilə üz-üzəyik.

O, nə "Sabah"la evdə, nə də "Sumqayıt"la səfər görüşündə adını tabloya yazdıra bilmədi.

Maraqlıdır, Premyer Liqanın yeni simasının kölgədə qalması nə ilə bağlıdır?

Təbii ki, bu sualın cavabını ondan yaxşı verən olmazdı:

"Rəqiblərimiz bizim stili artıq öyrənib. Qarşımızı almağın yollarını bilirlər. Çox önəmli məqamdır.

Bundan sonra nə etməliyəm? Deməli, əvvəlkindən daha çox əmək sərf etməliyəm. Hətta iki dəfə artıq çalışmalıyam ki, daha çox qollar vurum.

Bundan əlavə komandada yeniyəm və tədricən kollektivə uyğunlaşmağa çalışıram. Ümid edirəm ki, növbəti görüşlərdə qollar vura biləcəm".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
9 Sentyabr 17:30 Çək və bizə göndər!
9 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
9 Sentyabr 00:40 Şevçenko Bakıya gəldi