Ehtiram Quliyev 2-3 transferə külli miqdarda vəsait ayırdı, o, öz agentini ortalığa atdı

14:40 Turan 547
Ehtiram Quliyev 2-3 transferə külli miqdarda vəsait ayırdı, o, öz agentini ortalığa atdı

"Turan Tovuz" mövsümə 7 yeni transferlə başlayıb.

Çempionluq həvəsinə düşən əyalət təmsilçisi David Oliveyra Tavareş ("Buzau", Rumıniya), Abdulla Rzayev ("Sabah"dan icarəyə götürülüb), Roberto Olabe ("İbiza", İspaniya), Oleq Baklov (“Ufa”, Rusiya), Filip Ozobiç ("Neftçi"), İbrahima Vadji ("Sent Etyen", Fransa) və Enrike Silva ("Valyadolid", İspaniya) ilə müqavilə imzalayıb.

Çempionatın ilk 3 turunda 6 xal toplayan komandaya qarşıdakı günlərdə daha bir neçə legionerin cəlb olunması planlaşdırılır. Hər halda klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev belə açıqlama verib:

«Axtarışlarımız davam edir. Mümkün olsa 3, minimum isə 2 transfer reallaşdırmağı planlaşdırırıq Hazırda çətin mərhələdəyik, lakin danışıqlarımız gedir».

Əldə etdiyimiz məlumata görə, iş adamı növbəti bazarlıq üçün 600 min dollar civarında vəsait ayırıb. Pul var, amma…

Rəhbərliklə baş məşqçi arasında ciddi fikir ayrılığı mövcuddur. Kurban Berdiyev yalnız yaxın münasibət saxladığı menecer vasitəsilə bu işləri həyata keçirmək istəyir.

«Baba» klub tərəfindən ona xidməti təklif edilən legionerlərin heç birini yaxına buraxmır. Kimlərin adları çəkilirsə, onlara gözünün ucuyla da baxmır.

73 yaşlı çalışdırıcının rusiyalı agentin siyahısı əsasında bazarlıq etməsi rəsmiləri şübhəyə saldığından, alqı-satqı prosesi saqqız kimi uzanmaqdadır.

Quliyevin dediyi transferlər bundan sonra ola da bilər, olmaya da. Yenə gözləyək, görək bu daxili qarşıdurmadan hansı tərəf ayrılacaq!

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti