
«Turan Tovuz» Premyer Liqanın ilk 3 turunda 6 xal toplayıb.
«İmişli»yə Şamaxıda, «Neftçi»yə Bakıda 1:0 hesabıyla qalib gələn qərb təmsilçisi yalnız «Araz-Naxçıvan»a yenilib 1:2.
Maraqlıdır ki, Tovuz komandasına iki qalibiyyət gətirən qollara Roberto Olabe imza atıb.
Vaxtilə «Atletiko»nun formasını geyinmiş ispaniyalı yarımmüdafiəçinin qəhrəmanlığı yoldaşlarına böyük miqdarda pul qazandırıb.
Klubdan redaksiyamıza sızdırılan informasiyaya inansaq, Ehtiram Quliyev 6 xalın müqabilində 100 min manatdan artıq mükafat ödəyib.
Hətta İdarə Heyətinin sədrinin bunun üçün 150 min manata yaxın xərcə düşdüyünü iddia edən rəsmilər də var.
SPORTİNFO.AZ