"Turan Tovuz"da hərc-mərclik - Himn səsləndirilmədi, topdaşıyanlar da...

02:50 Turan 100
"Turan Tovuz"da hərc-mərclik - Himn səsləndirilmədi,  topdaşıyanlar da...

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, toplantıda Əvəzedicilər Liqasının III turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

30.08.2025-ci il tarixində Əvəzedicilər liqasının III turunun “Sabah-2” – “Qarabağ-2” oyununda “Sabah-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Sabah-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

31.08.2025-ci il tarixində Əvəzedicilər liqasının III turunun “Turan Tovuz-2” – “Araz-Naxçıvan-2” oyununda topdaşıyan uşaqların say limiti pozulduğuna görə “Turan Tovuz-2” komandası 200 manat cərimə edilsin (maddə 59.1);

31.08.2025-ci il tarixində Əvəzedicilər liqasının III turunun “Turan Tovuz-2” – “Araz-Naxçıvan-2” görüşündə oyun günü planı pozulduğuna (PFL himni səslənmədiyinə) görə “Turan Tovuz-2” komandası 200 manat cərimə edilsin (maddə 61.1).

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 08:30 Almeyda I Liqada - RƏSMİ
3 Sentyabr 07:40 Viruslardan necə qorunaq?