
"Turan Tovuz" növbəti qələbəsini "Neftçi" üzərində qazandı - 1:0.
Açığı, qonaqların növbəti dəfə şansı gətirdi.
Rəqib qapıçı erkən qolu onlara hədiyyə etdi.
İqor Ribeyroya haqq etmədiyi qırmızı vərəqə göstərilməklə meydan sahibləri azlıqda oynamağa məhkum edildi və.s.
Bütün bunlar detallardır, önəmli olan qələbədir. Ki, onu da tovuzlular yekunda əldə etməyi bacardı.
Mənim diqqətimi çəkən "Turan"ın rəqib azlıqda qalandan sonra belə meydanda çarəsiz görünməsi idi.
Komanda hesabda öndə, rəqib azlıqda. Bundan gözəl neymət?
İkinci qolu vur və rahat 3 xalını qazan.
Fürsətlər də "n" qədər. Amma biz bu şərtlər altında da qorxaq "Turan" gördük.
Aşkar hiss olunur ki, Berdıyev o qədərə ultra müdafiə oynadıb ki, rəqib azlıqda qalanda, "İmişli" kimi autsayder olanda belə "Turan bir nömrə kimi çıxış edə bilmir.
Qarşısına çempionluq hədəfi qoyulan kollektiv belə çox qabağa gedə bilməz.
Bu dəfə də canını qurtardı. Bəs gələcəkdə?
XANOĞLAN İMANOV