Bölgə klubundan ŞOK ayrılıq gəldi! - SON DƏQİQƏ

2 Sentyabr 2025 14:40 Turan 3 592
Bölgə klubundan ŞOK ayrılıq gəldi! - SON DƏQİQƏ

“Turan Tovuz”da şok ayrılıq yaşanıb.

Komandanı tərk edən futbolçu və ya məşqçilər heyətindən kimsə deyil.

Rəhbər şəxs düşərgədən ayrılıb.

Söhbət Əli Balakişiyevdən gedir.

O, İdarə Heyətinin sədr müavini, klubun infrastruktur və maliyyə üzrə direktoru vəzifəsində çalışırdı.

Funksionerin klubun rəhbəri Ehtiram Quliyevin yaxın adamı, qohumu olduğunu bildirək.

Gözlənilməz ayrılığın arxasında hansı səbəblərin durması hələ məlum deyil.

Qısa müddətdə onu yerinə yeni təyinat gerçəkləşəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti