Berdiyevin gözünün ücuyla baxmadığı hücumçunu icarəyə götürmək istəyirlər

30 Avqust 2025 21:20 Turan 2 333
Berdiyevin gözünün ücuyla baxmadığı hücumçunu icarəyə götürmək istəyirlər

«Kəpəz» rəhbərliyi «Turan Tovuz»dan olan həmkarlarına müraciət edib.

Gəncə təmsilçisi Sadiq Şəfiyevi yenidən icarəyə götürmək niyyətindədir.

«Sarı-göylər» bu fikirlə qarşı tərəfə öz təklifini irəli sürüb. Məqsəd 20 yaşlı hücumçu ilə 1 illik müqavilə bağlamaqdır.

Şəfiyev ötən mövsümün ikinci yarısında icarə əsasında «Kəpəz»in formasını geyinib.

Üç ay öncə geri dönən gənclər yığmasının forvardı hazırda Kurban Berdiyevin planlarına daxil deyil. «Turan»ın 73 yaşlı baş məşqçisi onun adını iştirak ərizəsinə salmayıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti