"Yerində iraddır, bunun üzərində iş gedir" - Kurban Berdıyev

29 Avqust 2025 23:10 Turan 1 379
"Yerində iraddır, bunun üzərində iş gedir" - Kurban Berdıyev

Bu gün Azərbaycan Premyer Liqasında 3-cü turu çərçivəsində “Neftçi” və “Turan Tovuz” klubları üz-üzə gəlib. Bu matçda isə qonaqlar "Neftçi"ni 1:0 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırıb:

"Ağır qələbəyə görə çox sevinirəm. "Neftçi" bu mövsüm daha yaxşı komanda kimi formalaşıb, həm də heyətini gücləndirib".

- Göstərdiyiniz oyundan nə dərəcədə razı qaldınız?

- Meydanda oyunçuların sayı eyni olanda, yellənçək xarakteri daşıyırdı. Məqamlar olurdu ki, biz, məqamlar olurdu ki, onlar yaxşı oynayırdı. Rəqib meydanda azlıqda qaldıqdan sonra hesabı saxlamaq istəyirdik. Bu da səhvlərə gətirib çıxardı.

- İbrahima Vadjinin performansından razı qaldınız?

- Bəzi epizodlarda. Yavaş-yavaş, getdikcə artırır. Toplanışda iştirak etməmişdi. Oyuna pis qoşulmadı. Bəzi məqamlarda daha yaxşı ola bilərdi.

- Komandanın hədəfi çempionluqdur, legioner limiti də ləğv edilib. Çempionluğa oynamaqdan ötrü daha neçə futbolçuya ehtiyac var?

- Mövsüm hələ yeni başlayıb. Elə komanda yoxdur ki, istədiyi kimi oynasın. Hər komanda üçün mövsümün əvvəlində çətin olur. Bir neçə transfer planı var. Amma mövqelər barədə danışmayacam.

- Komandanın "vuran ayaq" problemi var. Sanki elə görüntü var ki, Olabe olmasa, komanda qol vurmayacaq...

- Yerində iraddır. İstənilən halda bunun üzərində iş gedir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti