“Turan”da ciddi qərarlar olmasa, sürpriz hadisələr baş verməsə...

27 Avqust 22:20 Turan 225
“Turan”da ciddi qərarlar olmasa, sürpriz hadisələr baş verməsə...

Hələ ötən mövsüm demişdim ki, bu işlər Berdiyevlə olmayacaq. Bu işlər dediyim "Turan Tovuz"un Avropa səhnəsinə getməsi idi. Klub başqanı Ehtiram Quliyev bizdə fərqli olaraq sona qədər onun yanında qaldı.

Nəticə də ortada - Qərb təmsilçisi yayda ölkə xaricinə yalnız toplanış keçmək üçün getdi, daha ölkəmizi təmsil etmək üçün yox.

Onda hədəf avrokuboklara getmək idisə, bu gün məqsəd çempion olmaqdır.

Hədəflər daha da böyüyüb, heyət gücləndirilib, amma biz eyni Berdiyevi görürük.

Daha doğrusu onun yerində sayan komandasını.

Berdiyevin futbolda böyük adı var. Bunu kimsə danmır. Amma toxunulmaz şəxs olduğu dəqiq deyil.

Sanki bu adam haqqında nəsə deyəndə adama qəribə baxırlar.

Mourinyo da futbolda böyük addır. Berdiyevdən dəfələrlə böyük ad. Amma bu gün normal heç bir kluba lazım deyil. Heç "Fənərbaxça"ya da...

Təəssüf ki, bəzən həqiqətən kiməsə acı gəlir. Mən acı olan reallığı demək zorundayam.

İşim bunu tələb edir.

Bugünkü komandanın nəinki çempion olması, aavrokuboklara belə vəsiqə qazanmağı ciddi sual altındadır.

Ciddi qərarlar olmasa, sürpriz hadisələr baş verməsə, "Turan" bu ili də boşa vermiş olacaq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
27 Avqust 17:30 Çək və bizə göndər!