“Turan Tovuz”un qorxduğu başına gəldi - VİDEO

25 Avqust 2025 00:50 Turan 556
“Turan Tovuz”un qorxduğu başına gəldi - VİDEO

Premyer Liqada II turun daha bir oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, “Turan Tovuz” Suraxanıda “Araz-Naxçıvan”la üz-üzə gəlib.

Qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1

Qonaqların heyətində 38-ci dəqiqədə Şarl Boli, 52-ci dəqiqədə Ba-Muaka Simakala fərqlənib. Tovuz klubunda isə Alexandro Serrano 77-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.

“Araz-Naxçıvan” xallarının sayını 4-ə çatdırıb. “Turan Tovuz” isə 3 xalda qalıb.

"Turan Tovuz" - "Araz-Naxçıvan" 1:2

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti