
"Qarabağ"dan ayrılan Marko Veşoviçin yeni klubu müəyyənləşib.
Monteneqrolu müdafiəçi karyerasını Xorvatiyada davam etdirəcək.
Veşoviç "Lokomotiv"lə anlaşıb. Sağ cinah oyunçusu Zaqreb təmsilçisi ilə 1+1 illik müqavilə imzalayıb.
Marko Veşoviç 2021-ci ildən "Qarabağ"da çıxış edirdi. O, ötən mövsümün sonunda Azərbaycan çempionundan ayrılıb.
33 yaşlı legioner 11 il sonra qayıtdığı Xorvatiyada böyük gəlir əldə etməyəcək. 2011-2014-cü illərdə "Riyeka"nın formasını geyinmiş monteneqrolu "Turan Toauz"un təklifini qəbul eləsəydi, əli pulla oynayacaqdı.
Di gəl, balkanlı 300 min dollarlıq tələb irəli sürüncə, sövdələşmə baş tutmayıb. Xorvatiyada isə onun illik gəliri 200 min dollardan aşağı olaxaq.
Marko xanımının təkidi ilə "Lokomotiv"in dəvətinə "hə" deyib. Çünki həyat yoldaşı daha ərinin ölkəsindən çox uzaqda futbol oynamasını istəməyib.
SPORTİNFO.AZ