Yığmanın müdafiəçisi "Turan Tovuz"da ixtiraf yaratdı - SON DƏQİQƏ

14:00 Turan 646
Yığmanın müdafiəçisi "Turan Tovuz"da ixtiraf yaratdı - SON DƏQİQƏ

Millinin müdafiəçisi Höccət Haqverdi "Turan Tovuz"ı iki "cəbhə"yə bölüb.

Kurban Berdiyev son 2,5 ili "Neftçi"də keçirmiş iranlı oyunçunu öz sərəncamında görmək istəyir

. Baş məşqçi onun tezliklə komandaya qoşulması marağındadır və rəhbərlikdən maliyyə şərtlərini razılaşdırmasını tələb eləyib. Rusiyalı çalışdırıcı Haqverdini "Traktor"dan tanıdığını söyləyib.

İdarə Heyətinin sədri Ehtiram Quliyev və digər rəsmilər isə hazırda klubsuz olan stopperin Tovuza gəlməsinin əleyhinədir.

Çünki Höccətin ürəyindən keçən məbləğ onlara çox gəlir. Yığmanın üzvü 1 illik müqavilə qarşılığında 140 min dollar qazanmaq niyyətindədir.

Haqverdi 3 aya yaxındır boş-bekardır. Ötən müddətdə ona bir neçə təklif gəlib.

"Araz-Naxçıvan" və "Sumqayıt"la yanaşı, İran və Malyaziyadan dəvətlər alıb. Bilavastə maddi istəklərə görə hələ havada qalıb, harasa qol çəkməyib.

Tovuz təmsilçisi bu yay 8 bazarlıq edib.

David Oliveyra Tavareş ("Buzau", Rumıniya), Abdulla Rzayev ("Sabah"dan icarəyə götürülüb), Roberto Olabe ("İbiza", İspaniya), Oleq Baklov (“Ufa”, Rusiya), Filip Ozobiç ("Neftçi"), İbrahima Vadji ("Sent Etyen", Fransa) Alexandro Serrano və Enrike Silva ("Valyadolid", İspaniya) kollektivə qoşulub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti