
Bu yay «Qarabağ»dan ayrılan Marko Veşoviçin «Turan Tovuz»a keçidi son anda baş tutmayıb.
2021-2025-ci illər aralığında «köhlən atlar»ın formasını geyinmiş monteneqrolu müdafiəçi qərb klubunun təklif etdiyi müqavilə şərtləri ilə razılaşmayıb.
33 yaşlı balkanlı maaş mövzusunda qarşı tərəfə güzəştə getməyib. Üstəlik, o, Tovuz təmsilçisinin avrokuboklara vəsiqə qazanmaq şansına şübhəylə yanaşıb.
Veşoviç hazırda Avropanın bir neçə ortabab klubu ilə danışıqlar aparır. Bu siyahıya Polşa, Yunanıstan, Kipr, Rumıniya və Bolqarıstan komandaları daxildir.
SPORTİNFO.AZ