
"Turan Tovuz" sanki qaldığı yerdən davam etdi.
Hətta bu dəfə qarşımızda daha kəsərsiz, praqmatik futbol oynayan, bəzən heç nə oynadığı bilinməyən komanda vardı.
Belə oyunla çempionluğa iddia etmək nəyin nəsidir?
Rəqib isə Birinci Liqadan gələn, bütünlüklə sıfırdan yığılan, nə qədər desən problemi olan "İmişli" idi.
Bunun hələ "Qarabağ"ı, "Sabah"ı, "Neftçi"si var.
"Zirə"ni, "Araz-Naxçıvan"ı unutmuruq.
"Sumqayıt", "Şamaxı" da sıradan rəqiblər deyil.
İlk addımda , ən münasib sayıla biləcək rəqiblə görüşdə xal itkisi an məsələsi idi.
Sadəcə son saniyələrdə Olabenin baş zərbəsi buna mane oldu.
Meydandakı oyununa görə qonaqlar ən yaxşı halda 1 xala layiq idi.
Bəlkə də Allahın möhtəşəm görünən tovuzlu azarkeşlərə rəhmi gəldi.
Bu cür mütəşəkkil dəstəyin qarşılığı heç-heçə olmamalı idi.
XANOĞLAN İMANOV