
"Turan Tovuz"un Alexandro Serrano ilə hansı şərtlərlə yeni müqavilə imzaladığı üzə çıxıb.
Razılaşmaya əsasən, ispaniyalı yarımmüdafiəçi 2026/2027-ci illər mövsümünün sonunadək komandanın şərəfini qoruyacaq.
O, bu müddətdə 400 min dollardan artıq pul qazanacaq. Başqa sözlə, adıçəkilən legioner Tovuzda keçirəcəyi hər aya görə əvvəlki iki mövsümlə müqayisədə xeyli əlavə pul əldə edəcək.
Serrano bunadək 12 min dollar civarında əməkhaqqı alırdı. Kluba ona 2-3 min artıq məvacib təklif etmiş, lakin anlaşma əldə olunmamışdı.
Prineyli 17 min dolların üzərində dayanmışdı. Elə bu səbəbdən də tərəflər arasında ciddi fikir ayrılığı yaranmış, nəticədə Serrano ölkəsinə qayıtmalı olmuşdu.
Tovuz təmsilçisinin onu məcburiyyətdən geri qaytardığını söyləyə bilərik. Yarımmüdafiənin mərkəzinə daha yaxşı namizəd tapmadıqlarından, bu dəfə xeyli xərcə düşmək məcburiyyətində qaldılar. Ç
ünki ispanın Rusiyadan ciddi təklif aldığını bildilər. "Krılya Sovetov" sözügedən legionerə 200 min dollar verməyə hazır idi.
Alexandro Serrano "Turan Tovuz"un heyətində Premyer Liqada 70 oyun keçirib və 5 qol vurub.
SPORTİNFO.AZ