Tovuzda turist həyatı yaşadı, Rusiyanın I Liqasına “qaçdı”

12 Avqust 20:40 Turan 1 630
Tovuzda turist həyatı yaşadı, Rusiyanın I Liqasına “qaçdı”

“Turan Tovuz”dan ayrılan daha bir futbolçu yeni klubla anlaşıb.

Söhbət bu ilin yanvarında baş məşqçi Kurban Berdıyevin təklifi ilə Azərbaycana gələn Anton Kraçkovskidən gedir.

Bölgə təmsilçisinə fayda verməyən, əsasən turist təsiiri bağışlayan 23 yaşlı legioner Rusiyanın I Liqa təmsilçisi ilə müqavilə bağlayıb.

Mahaçqala “Dinamo”suna məxsus olan Kraçkovski qarşıdakı 1 ildə icarə əsasında Növorossiysk “Çernomorets”inin uğurları üçün tər tökəcək.

Bəstəboy yarımmüdafiəçi yeni komandasında debüt etməyə də imkan tapıb.

Anton ölkəmizdə olduğu 5 ayda 6 oyunun iştirakçısı olmaqla meydanda cəmi 134 dəqiqə vaxt keçirib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu