“Qarabağ”dan ayrılan müdafiəçi istəyinə çatdı - Tələb etdiyi pulu verdilər, dönür…

11 Avqust 11:40 Turan 10 200
“Qarabağ”dan ayrılan müdafiəçi istəyinə çatdı - Tələb etdiyi pulu verdilər, dönür…

İyunda «Qarabağ»dan ayrılan Marko Veşoviç qısa müddət sonra Azərbaycana qayıtmaq üzrədir…

Monteneqrolu müdafiəçi «Turan Tovuz»la uzun sürən danışıqların yekununda Premyer Liqaya dönməyə razılaşıb.

2021-2025-ci illər aralığında «köhlən atlar»ın formasını geyinmiş cinah oyunçusu qiymət məsələsində qərb təmsilçisi ilə razılığa gəlib.

Tovuz klubu görüşmələrin əvvəlində 33 yaşlı balkanlıya 200 min dollar təklif etmişdi. Ardınca bu rəqəm 20 min dollar artırılmışdı.

O isə bu çağırışa yenə yaxın durmamış, başqa variantlarının olduğunu deyərək, «Turan» tərəfinə vaxt vermişdi.

Veşoviçin maliyyə şərtlərində yumşalmayacağını anlayan rəhbərlik ödəməyə hazır olduğu məbləği bir qədər də qaldırıb, beləcə, prinsipial razılıq əldə edilib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu