Ehtiram Quliyevin sözü yerə düşdü - Berdiyev bu adamı geri qayıtmağa qoymadı

9 Avqust 15:00 Turan 1 664
Ehtiram Quliyevin sözü yerə düşdü - Berdiyev bu adamı geri qayıtmağa qoymadı

«Turan Tovuz»un baş məşqçisi Kurban Berdiyev klub rəhbərliyinin istəyinə qarşı çıxıb.

Bu barədə redaksiyamıza qərb təmsilçisinin özündən məlumat verilib.

Bildirilib ki, «Baba» ləqəbli sükançı Cavid Hüseynovun dönüşünü əngəlləyib.

İdarə Heyətinin sədri Ehtiram Quliyev və idman direktoru Səməd Nəsibov gənc mütəxəssisin bura qayıtmasına təşəbbüs göstərib, fəqət, rusiyalı keçmiş köməkçisi ilə yenidən bir yerdə işləmək niyyətində olmadığını bildirib.

Berdiyev ötən ilin noyabrında «Səbail»ə yollanmış, 5 ay sonra oradan da ayrılmış Hüseynovun qəfil qərarının hələ də ona qaranlıq qaldığını, onu bağışlamağı ağlının ucundan keçirmədiyini söyləyib.

Odur ki, C.Hüseynovun «Turan»da vəzifə tutmasınınə əleyhinə olduğunu qeyd edib. İstər seleksiyaçı, istər yardımçı, istərsə də müşavir kimi.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu