Ehtiram Quliyev: "Turan”ın qarşısına çempionluq hədəfi qoyulub"

09:20 Turan 140
Ehtiram Quliyev: "Turan”ın qarşısına çempionluq hədəfi qoyulub"

"Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyev klubun mətbuat xidmətinə bir sıra açıqlamalar verib.

Sportinfo.az xəbər verir ki, klub rəhbəri azarkeşlərə səslənib, qarşıya çempionluq məqsədi qoyduqlarını bildirib:

"Əgər azarkeşlərimiz olmasa, bizim Tovuz şəhər stadionunda yer almağımızın mənası yoxdur. Mənim həyat fəlsəfəm ondan ibarətdir ki, əgər bir yerdə yarış varsa, orada qalib olmaq da var.

Nə qədər çətin, nə qədər mümkünsüz görünsə də, 2025/2026 mövsümünü qalib kimi başa vurmaq istəyirik.

Azarkeşlərdən istəyimiz odur ki, klubun və futbolçuların yanında olsunlar, onları dəstəkləsinlər.

"Turan Tovuz"un qarşısına çempionluq hədəfi qoyulub".

Digər Xəbərlər
Xəbər Lenti