Kapitan bölgə klubunun düşərgəsini tərk etdi

9 Avqust 16:00 Turan 926
Kapitan bölgə klubunun düşərgəsini tərk etdi

Şəhriyar Əliyev "Turan Tovuz"un düşərgəsindən ayrılıb.

Təcrübəli futbolçu şəxsi problemləri səbəbindən bu addımı atıb.

Baş məşqçi Kurban Berdiyev şəxsən kapitana icazə verib.

Bolu toplanışını erkən başa vuraraq Bakıya qayıdan Əliyevin yaxın günlərdə əcnəbi baş məşqçinin sərəncamında olacağını gözlənilir.

Xatırladaq ki, mərkəz müdafiəçisi ötən mövsümün böyük bir hissəsini zədə səbəbindən boşa verməli olmuşdu.

Yenicə bərpa olunan millimizin sabiq üzvü yay təlim-məşq toplanışının gedişində kollektivə qoşulub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
9 Avqust 18:10 Çək və bizə göndər!