“Turan”da NÖVBƏTİ BÖHRAN! Berdiyev iki ayağını bir başmağa dirədi, tələb etdi ki…

14:40 Turan 781
“Turan”da NÖVBƏTİ BÖHRAN! Berdiyev iki ayağını bir başmağa dirədi, tələb etdi ki…

Xəbər verdiyimiz kimi, Tovuz şəhər stadionunda ot örtüyünün dəyişdirilməsi işlərinə start verilib.

Filip Şarplazın rəhbərlik etdiyi “Caspian Sport and Landscape” şirkəti ilə anlaşmaya əsasən, süni örtük söküldükdən sonra drenaj və suvarma sisteminin quraşdırılması işləri həyata keçiriləcək.

Bundan sonra torpaq hissəsinin yerləşdirilməsinə və müasir standartlara cavab verən təbii ot örtüyünün salınmasına başlanacaq. Verilən rəsmi açıqlamaya görə, işlərin oktyabr ayının sonuna kimi tamamlanması nəzərdə tutulub.

“Turan Tovuz” həmin müddətdə ev oyunlarını Suraxanıda, “Qarabağ”a məxsus olan “Azərsun Arena”da keçirəcək.

Bəs bu oyunları sayı nə qədər olacaq?

Həə.. Kurban Berdiyevlə klub rəhhbərliyi arasında bu konteksdə ciddi fikir ayrılığı mövcuddur. Baş məşqçi Tovuza gec dönməyin tərəfdarıdır.

Rusiyalı mütəxəssis futbolçuları bəhanə vasitəsi kimi ortalığa atıb.

«Baba» ləqəbli çalışdırıcı komanda üzvlərinin rayona gedib-gəlməkdən yorulduqlarını, onların paytaxtda qalmaq və oynamaq niyyətində olduqlarını bildirib.

72 yaşlı sükançı iddia edib ki, ayda iki dəfə Tovuza 1-2 günlük qatarla səfər vaxt itkisidir. O, həmin müddəti də Bakıda keçirməyə israrlıdır.

Ötən ilin iyunundan bəri «Turan» Tovuzdan əməlli-başlı uzaq düşüb. Komanda daha doğma rayonda məşq etmir, yalnız ev oyunundan 1 gün qabaq ora yollanır. Qalan vaxtı isə respublikanın baş şəhərində olurlar.

Bu ilin martında klubun Kürdəxanı qəsəbəsində təlim-məşq bazası istifadəyə verilib. Kollektiv Bakıda olduğu müddətdə məşqlərini buradakı meydançada edəcək.

Berdiyev yeni bazanın açılışını fürsət bilib. O, iki ayağını bir başmağa dirəyərək, rəhbərliyə təkid edir ki, komanda mövsüm ərzində maksimum 4-5 dəfə Tovuza getsin.

«Baba» yalnız «Qarabağ», «Neftçi» və «Sabah»la oyunların rayonda təşkilinə tərəfdardır. Bu da azarkeş faktoruna görə. Belə deyək, yerli publika ona yalnız çempionluğa iddialı rəqiblərlə qarşılaşmalarda gərəklidir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti