Klubun şefi baş məşqçidən şikayət edən futbolçulara nə dedi?

7 Avqust 14:40 Turan 1 259
Klubun şefi baş məşqçidən şikayət edən futbolçulara nə dedi?

«Turan Tovuz»un İdarə Heyətinin sədri Ehtiram Quliyevin Türkiyə səfəri çərçivəsində iki futbolçu ilə ayrıca görüşməsinin səbəbi məlum olub.

Bu barədə redaksiyamıza klubdan məlumat verilib.

Qeyd edilib ki, Xəyal Nəcəfov və Veysəl Rzayev komandadan ayrılmaq niyyətindədir.

Hər iki yerli oyunçu rəhbər şəxslə üzbəüz əyləşməyə israr eləyib. Onlar mövcud durumlarından narazılıqlarını dilə gətirib, Kurban Berdiyevin iş prinsiplərindən şikayətlənib.

İstər Xəyalın, istərsə də Veysəlin «Turan»la müqaviləsi mövcuddur. Baş məşqçinin cütlüyə münasibəti aylar öncə dəyişib. İkisi də əsas heyətdə yerini itirib. Adda-bunda meydanda görünürlər, ya görünmürlər.

E.Quliyev Nəcəfovla Rzayevi fikrindən döndərməyə çalışıb. Narazı oyunçulara bir qədər səbrli olmağı tapşırıb, baş məşqçi ilə bu yöndə danışacağını söyləyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu