
Denis Marandiçinin yaşıl meydanlara dönüşü zaman alacaq.
Ötən ilin dekabr ayında “Sabah”la oyunda ayağı sınan müdafiəçi əməliyyat olunmuşdu.
Ehtimal olunurdu ki, əməliyyatdan sonrakı 5-6 ay müalicəyə və bərpa prosesi keçməyə kifayət edəcək.
Heç də belə deyil.
Əldə etdiyimiz bilgiyə görə, Denis növbəti dəfə əməliyyat oluna bilər. Buna səbəb sümüklərdən birinin birləşməməsidir. Belə olduğu halda cərrah masasına uzanmaq qaçılmaz olur.
İndiki vəziyyətdə görünən odur ki, Marandiçi bu il “Turan Tovuz”a kömək edə bilməyəcək. Halbuki avqust ayına qədər məşqlərə start verəcəyi gözlənilirdi.
Səbəbkar hazırda Portuqaliyada fizioterapevt və həkim nəzarəti altındadır.
HƏBİB / SPORTİNFO.AZ