
Premyer Liqanın 34-cü turu çərçivəsində keçiriləcək "Turan Tovuz" - "Neftçi" oyununun biletləri satışa çıxarılıb.
Sportinfo.az xəbər verir ki, biletləri stadionun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə etmək olar
2 AZN-lik biletlərlə yanaşı məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.
Oyun 10 may tarixində, saat 19:30-da Tovuz şəhər stadionunda baş tutacaq.