Premyer Liqa hücumçusuna 10000 maaş ödəməyə hazırdırlar - Bura gəlmək üçün

15:00 Turan 467
Premyer Liqa hücumçusuna 10000 maaş ödəməyə hazırdırlar - Bura gəlmək üçün

«Turan Tovuz»un qışda «Kəpəz»dən transfer etdiyi Orxan Əliyev yeni eşqə düşüb.

O, indi də «Şəfa»dan gələn təklifi dəyərləndirmək üçün dəridən-qabıqdan çıxır.

Növbəti mövsümdən I Liqada mübarizə aparacaq paytaxt təmsilçisi hücumçuya dəvət göndərib.

Şəhərlilər vaxtilə «Xəzər Lənkəran»ın şərəfini qorumuş forvarda hər ay 10000 manat əməkhaqqı ödəməyə hazırdır.

Bu isə onun hazırkı qazancından çoxdur. Əliyev «Kəpəz»də 4000 manat maaş alırdısa, «Turan»da aylıq gəliri 8000 manatdır.

Üstəlik, Tovuz klubu Orxana görə cəncəlilərə 50 min manat təzminat ödəyib.

O, «Turan»a sırf pula görə keçib. Ancaq oynamır.

Kurban Berdiyevin nadir hallarda forma şansı verdiyi ön xətt oyunçusu başa düşür ki, gələn mövsümü də burada keçirməli olsa, meydan üzü görməyəcək.

Çünki gələn sezondan Premyer Liqada legioner limiti ləğv olunacaq. Ona görə də Orxanın gözünü I Liqaya çevirməkdə iki məqsədi var - həm pul, həm də oyun praktikası qazanmaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti