Kurban Berdıyevin qələbə qoluna verdiyi reaksiyaya baxın - VİDEO

14 Aprel 21:20 Turan 4 006
Kurban Berdıyevin qələbə qoluna verdiyi reaksiyaya baxın - VİDEO

“Turan Tovuz”la “Sabah” arasındakı oyun tura damğa vurdu.

Meydan sahiblərinin erkən qol buraxması fonunda ikinci hissədə geridönüş etməsi, “tələbələr”in azlıqda qalması matça xüsusi rəng qatdı.

Ən maraqlısı, bölgə təmsilçisinin baş məşqçisi Kurban Berdıyevin əsəblərinə hakim ola bilməyərək referinin üstünə yeriməsi və məşqçilik karyerasında ilk dəfə texniki zonadan qovulmasıydı ki, təcrübəli mütəxəssis oyunun qalan hissəsini VİP-lojadan izlədi.

Berdıyevin “Turan”ın qollarına verəcəyi reaksiya maraqlı doğurduğundan, diqqətlər ondaydı.

İlk qolda yerindən tərpənməməsini hardasa başa düşmək olardı. Çünki məqsəd heç-heçə yox, qələbə qazanmaq idi.

Lakin ikinci qola da eyni cür – olduqca sakit tərzdə yanaşması ətrafdakıları təəccübləndirdi. Tribunalara toplaşan azarkeşlər əsl bayram havası yaşayarkən Kurban Bekiyevin təmkinini pozmadı.

HƏBİB / SPORTİNFO.AZ

Bu da komandası ardıcıl iki qol vuran məşqçinin görüntüləri.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti