Tanınmış futbol adamı uzun fasilədən sonra işinin başına keçdi - FOTOLAR

9 Aprel 2025 22:40 Turan 1 241
Tanınmış futbol adamı uzun fasilədən sonra işinin başına keçdi - FOTOLAR

Ötən ilin noyabr ayında insult keçirən İman Həsənovun çətin günləri başa çatıb.

Stajlı futbol adamı 4 aylıq fasilədən sonra futbola qayıdıb.

Həsənov “ASCO Arena”da baş tutan “Səbail” - “Turan Tovuz” oyununda əvəzetmə üçün dördüncü hakimə yaxınlaşanda “Sportinfo”nun obyektivinə tuş gəlib.

Həsənovun sağ əlində və nitqində problem yarandığından, dekabrda “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyevin dəstəyi ilə xəstəxanaya yerləşdirilmiş, müalicə alımışdı.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti