«Turan Tovuz» ötən mövsüm xidmətindən yararlandığı və iyunda yolları ayırsa da, yenidən geri qaytardığı Bruno Qonçalvesi Azərbaycanda saxlayıb.
Bu barədə Sportinfo.az-a klubun idman və əməliyyatlar üzrə direktoru Səməd Nəsibov bildirib.
Təcrübəli idarəçinin dediyinə görə, braziliyalı müdafiəçinin ayağında zədə əmələ gəldiyindən, onun Türkiyəyə aparılması lazım bilinməyib.
Çünki «sambaçı»nın probleminin həlli 2 həftədən tez mümkün sayılmayıb. O, bu müddətdə Bakıda qaralaq, reablitasiya kursu keçib və tezliklə fərdi məşqlərə başlayacaq,
Ayxan Abbasov kimi, yeni baş.məşqçi Kurban Berdiyev də ilk günlər “sambaçı”nın xidmətindən imtina edəcəyini rəsmilərin diqqətinə çatdırmışdı.
Əyalət təmsilçisi də öz növbəsində 1997-ci il təvəllüdlü legioneri bu barədə məlumatlandırmışdı.
Görünür, Berdiyev həmin mövqeyə başqa alternativ tapmadığından, Brunonun geri qaytarılmasını istəyib. Odur ki. müqavilənin müddəti 1 il uzadılıb.