Bölgə klubundan 250 minlik TRANSFER XƏBƏRİ

8 İyun 2024 16:00 Turan 3 833
Bölgə klubundan 250 minlik TRANSFER XƏBƏRİ

"Turan Tovuz"un "Neftçi"nin üzvü Rəhman Hacıyev üçün hərəkətə keçdiyini məlumat vermişdik.

Bölgə klubu bu transferdə israrlıdır.

"Turan" rəhbərliyi yarımmüdafiəçinin komandaya qoşulması üçün böyük məbləğdə xərcə düşməyi belə gözə alıb.

Söhbət 250 min manatlıq təklifdən gedir.

Qərb təmsilçisi bir illik xidmətin qarşılığında orta sahə oyunçusuna bu qədər pul ödəməyə hazırdır.

Əgər tərəflər anlaşa bilsə, 30 yaşlı yarımmüdafiəçi 9 ildən sonra ötən mövsüm Premyer Liqaya qayıdan "Turan"ın ən yüksək ödənişli futbolçusu statusuna sahib olacaq.

Əslən tovuzlu olan orta sahə oyunçusu "Bakı" klubunun yetirməsidir.

O, arxada qalan mövsüm 7 qolla "Neftçi"nin bombardiri olub.

Milli komandamızın üzvü ölkəmizdə "Sumqayıt", "Keşlə" və Türkiyədə "Qaziantep", "Altay" klublarında çıxış edib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi
27 Oktyabr 03:40 Şəkidə “D” aldılar
27 Oktyabr 03:10 Onlar da qazandı!
27 Oktyabr 03:00 Sevgilisi soyundu - FOTOLAR