Sezonun bitməsini gözləmədi, Azərbaycandan ayrıldı

25 May 2024 23:40 Turan 989
Sezonun bitməsini gözləmədi, Azərbaycandan ayrıldı

“Turan Tovuz”da ilk ayrılıq gerçəkləşib.

Piruzi Marakvelidze mövsümün son turunu gözləmədən Azərbaycanı tərk edərək Gürcüstana dönüb.

2022-ci ilin iyulundan qərb klubunun formasını geyinən yarımmüdafiəçinin müqaviləsi gələn ay başa çatacaq. 29 yaşlı legioner yeni kontrakt təklifi almayacağını bildiyindən, vətəninə qayıdıb.

O, hələ bir müddət müalicə prosesi keçəcək. Çünki son 7-8 ayda iki dəfə ayağından əməliyyat olunub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti