«Mənə bir az çətin idi».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Turan Tovuz»un müdafiəçisi Şəhriyar Əliyev deyib.
Uzunmüddətli zədədən qayıdan keçmiş kapitan Premyer Liqanın son turunda meydana çıxdı.
«Sabah»la Masazırda keçirilən matçda (1:2) forma geyinən arxa xətt oyunçusu öz çıxışı barədə bunları söyləyib:
"Bəli, uzun müddətdir oynamırdım. Sonuncu dəfə ötən ilin sentyabrında meydana çıxmışdım.
90 dəqiqə meydanda oldum. Amma pis oyun keçirmədiyimi deyə bilərəm. hər halda əlimdən gələni etdim.
Meydanda canımı qoydum, çalışdım. Təəssüf ki, xeyli qol epizodunu boşa verdik və uduzduq".

