Runini Şamaxıda sevindirən nə olub?

8 Fevral 2023 22:20 Turan 531
Runini Şamaxıda sevindirən nə olub?

“Bura qələbə üçün gəlmişdik və istəyimizə çatdığımız üçün hədsiz sevincliyik”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında Premyer Liqanın 21-ci turu çərçivəsində baş tutan “Turan Tovuz” – “Şamaxı” görüşü ilə bağlı danışan qonaqların hücumçusu Runi Eva deyib.

8 qolla komandasının ən məhsuldar futbolçusu olan kamerunlu forvard rəqib qapısının torunu silkələyə bilməsə də, qərblilər Tərlan Quliyevin qolu sayəsində aktivinə 3 xal yazdı.

Maraqlıdır ki, “Turan Tovuz” cari mövsümdə 1-i çempionatda, digəri ölkə kubokunda olmaqla Şamaxıya səfər etdiyi 2 görüşdə qalib gəlmişdi və hər iki matçda 0:1 hesabı qeydə alınmışdı.

Runi bu rəqib üzərində qalib gəlmək üçün xüsusi resept hazırlamadıqlarını deyib, əsas hədəf kimi baş məşqçi Ayxan Abbasovu göstərib:

“Şamaxı” çətin rəqibdir. Heyətlərində əcnəbi futbolçular olmasa da, sürətli və mübarizə aparmağı sevən yerli oyunçular var. 90 dəqiqə dayanmadan qaçırlar, döyüşürlər.

Bu cür komandalara qarşı oynamaq çətin olsa da, baş məşqçimiz bizə lazım olan tapşırıqları vermişdi. Yalnız qələbə haqda düşünürdük.

Çünki çempionatda uzun müddət idi qələbəyə həsrət qalmışdıq. İstədik, mübarizə apardıq və hədəfə çatdıq.

Məni ən çox sevindirən Tovuzdan Şamaxıya gələn azarkeşlərin üzünün gülməsidir. Onların sevinməsi nəyə desəz dəyər”.

“Turan Tovuz” qazandığı qələbə sayəsində xalların sayını 20-yə yüksəldərək 6-cı pillədəki mövqeyini qoruyub.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti