"Bosniya və Sloveniyada “Qarabağ” səviyyəsində komanda yoxdur"

1 Fevral 2023 17:40 Turan 1 172
"Bosniya və Sloveniyada “Qarabağ” səviyyəsində komanda yoxdur"

Uzun fasilədən sonra Premyer Liqaya qayıdan “Turan Tovuz” cari mövsümün yekununda azarkeşlərini sevindirmək niyyətindədir.

Ölkə kubokunda yarımfinala yüksələn qərb təmsilçisi finalda oynamaq üçün “Neftçi”ni mübarizədən kənarlaşdırmalıdır.

Vəziyyətin çətinliyini və ciddiliyini anlayan klub rəhbərliyi Ayxan Abbasovun istəyini yerinə yetirərək qış fasiləsində iki futbolçunun transferinə şərait yaratdı.

Moldova millisinin üzvü Denis Marandiçi ilə Belajdi Pusi heyətə qatıldı ki, düşərgəyə daha tez qoşulan birinci xoş təsir bağışlayır.

Denis Antalyadakı yoldaşlıq görüşlərində məhsuldarlıq göstərməklə yanaşı Premyer Liqadakı debüt qarşılaşmasında “Qarabağ”la oyunda qol ötürməsinin müəllifi oldu.

Vaxtilə Portuqaliya, Bosniya ve Hersoqovina, eləcə də Sloveniyada legioner həyatı yaşamış sol cinah müdafiəçisi Sportinfo.az-a açıqlamasında çempionatımızın səviyyəsini dəyərləndirib:

“Bir oyunla çempionatın ümumi səviyyəsi haqda ətraflı danışmaq mənim üçün çətindir. Çünki yalnız “Qarabağ”la matçda meydanda olmuşam.

Azarkeşlərin oyuna marağı və meydandakı gərginlik Premyer Liqadakı mübarizədə xəbər verdi. Hiss olunur ki, gərginlik sona qədər davam edəcək.

Oynadığım digər ölkələrdəki müqayisəyə gəlincə, Portuqaliyada da buradakı kimi, texnikalı oyuna üstünlük verilir.

Amma Bosniya və Hereoqovina, həmçinin, Sloveniyada “Qarabağ” səviyyəsində komanda yoxdur. Belə bir komandanın olması çempionatın ümumi səviyyəsini artırır”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti